Prezident: "Bu məni qane etmir"
ANS PRESS-in AZTV-nin saytına istinadən verdiyi məlumata görə, Prezident Məmnun Hüseyni Azərbaycanda bir daha salamlayan dövlətimizin başçısı İlham Əliyev qeyd edib ki, Pakistan Prezidentinin ölkəmizə rəsmi səfəri ikitərəfli münasibətlərimiz üçün çox məhsuldar olub. “Mən əməkdaşlıq səviyyəsindən çox məmnunam. Dünən ölkələrimiz arasında tərəfdaşlığımız üçün geniş imkanlar yaradacaq mühüm sənədlər imzalandı”, - deyən Prezident İlham Əliyev strateji tərəfdaşlıq haqqında bəyannamənin əhəmiyyətindən danışıb.
Dövlət başçısı bildirib ki, Pakistan bizim üçün ən yaxın dost və müttəfiq ölkələrdən biridir və bu səfər əməkdaşlığımızın inkişafına yeni töhfə verəcək. “Gözəl siyasi münasibətlərimiz var. Beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik”, - deyən Prezident İlham Əliyev bildirib ki, müttəfiqlik münasibətlərindən istifadə edərək, onları ölkələrimizin biznes dairələri arasında əməkdaşlığa çevirməliyik. Pakistanla Azərbaycan arasında ticarət dövriyyəsinin qaneedici olmadığını bildirən dövlət başçısı biznes-forumun yaxşı nəticələr verəcəyinə əminliyini vurğulayıb. Prezident İlham Əliyev qarşılıqlı ticarət dövriyyəsinin artırılması, idxal və ixrac potensialını müzakirə etmək baxımından biznes-forumun rolunu qeyd edib.
“Şad olardıq ki, Pakistan şirkətləri Azərbaycanda sərmayə imkanlarını nəzərdən keçirsinlər”, - deyən dövlət başçısı ölkəmizdəki əlverişli sərmayə mühitindən, regionların inkişafı ilə bağlı qəbul edilən dövlət proqramlarından danışıb, hər il dövlət sərmayə proqramı qəbul edildikdə, əsasən sosial infrastruktura diqqət yetirildiyini vurğulayıb. Birgə müəssisələrin yaradılması imkanlarından bəhs edən dövlət başçısı iki ölkənin bir-birini BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq təsisatlarda dəstəklədiyi kimi, iqtisadi əməkdaşlıq baxımından da bir-birini dəstəkləmələrinin vacibliyini vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycan və Pakistanın İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən də bəhs edib. “Biz ikitərəfli iqtisadi əməkdaşlığımıza böyük nikbinliklə baxırıq”, - deyən dövlət başçısı Azərbaycan iqtisadiyyatının, o cümlədən, qeyri-neft sektorunun sürətlə inkişaf etdiyini söyləyib, ölkəmizin enerji resurslarından əlavə digər malların ixracında da maraqlı olduğunu bildirib.
Qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Pakistanın dövlət başçısı iki ölkə arasındakı tarixi münasibətlərdən danışıb. “Qürurverici haldır ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir”, - deyən Məmnun Hüseyn əlaqələrimizin inkişaf etdiyini söyləyib. O bildirib ki, ölkəsi əczaçılıq, tibb, idman, müdafiə sənayesi, yüngül və qida sənayeləri məhsullarını Azərbaycan bazarına çıxara bilər.
Azərbaycanın neft və qaz hasilatındakı təcrübəsindən istifadənin ölkəsinə xeyir verəcəyinə əminliyini bildirən Pakistan Prezidenti ölkəmizin iqtisadiyyatının inkişafından məmnunluqla danışıb. Məmnun Hüseyn deyib ki, müxtəlif sahələrdə birgə müəssisələr yaradıla bilər. Pakistan iş adamlarının bu tədbirdə maksimum səmərə əldə edəcəklərinə ümidvar olduğunu bildirən Məmnun Hüseyn ölkəsində yaradılan investisiya mühiti, iqtisadiyyatın inkişafı və gələcəkdə nəzərdə tutulan iqtisadi layihələrdən danışıb. Bildirib ki, Pakistan höküməti Azərbaycan iş adamlarına hər cür şərait yaradacaq və bu forumda qurulacaq biznes əlaqələri hər iki ölkənin iqtisadiyyatının inkişafına töhfələr verəcək.
Biznes-forumda Azərbaycan Ticarət və Sənaye Palatası və Pakistan Sənaye və Ticarət Palataları Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33