Vəhşi təbiətdə olan heyvanların immunizasiyası üçün çevik dəstələr yaradılıb
Bakı, 12 mart, AZƏRTAC
Sosial şəbəkələrdə sahibsiz heyvanların məhv edilməsi ilə bağlı əsassız şəkildə yayılmış məlumatlara aydınlıq gətirmək məqsədilə martın 12-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində (DBNX) brifinq keçirilib.
AZƏRTAC xəbər verir ki, Xidmətin rəisi Sialə Rüstəmova sosial şəbəkələrdə yayılmış məlumatın əsassız olduğunu vurğulayıb. Xidmət rəisi diqqətə çatdırıb ki, bu cür yanlış informasiyalar ictimaiyyətdə narahatlıq yaratmağa xidmət edir. Qeyd olunub ki, Azərbaycan Respublikası 1997-ci ildə “Heyvanların Mühafizəsi” ilə bağlı Avropa Konvensiyasına qoşulub, həmçinin bir sıra normativ hüquqi sənədlər hazırlanıb.
S.Rüstəmova 2014-cü ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən 250 minə yaxın itdə quduzluq xəstəliyinə qarşı peyvəndləmə aparıldığını bildirərək qeyd edib ki, bu işlər cari ildə də görüləcək. Eyni zamanda, kənd təsərrüfatı naziri Heydər Əsədovun göstərişinə əsasən, Azərbaycanda ilk dəfə oral üsulu ilə vəhşi təbiətdə immunizasiya aparılacaq. Bununla əlaqədar Dövlət Baytarlıq Nəzarəti Xidmətində çevik dəstələr yaradılıb, xəritələr hazırlanıb. Həmin xəritələrə uyğun olaraq Abşeron yarımadası, Balakən, Şəki, Zaqatala, Qəbələ, İsmayıllı rayonlarının meşə zonalarında, eləcə də Bakı və Sumqayıt şəhərlərində, şəhərətrafı ərazilərdə, küçələrdə sahibsiz və vəhşi təbiətdə olan heyvanlarda immunizasiya aparılacaq.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25