Sabah Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. ANS PRESS-in məlumatına görə, həmin oyunlar üçün bütün təyinatlar açıqlanıb.

AZAL - "Neftçi" oyununu İnqilab Məmmədov idarə edəcək. "Bakı" - "Qarabağ" oyunu gənc hakimə - Xəlil Xəlilova tapşırılıb. "Xəzər Lənkəran" - "İnter" matçında FIFA referisi Rəhim Həsənov, "Simurq" - "Qəbələ" görüşündə Ramil Diniyev fit çalacaq.

13 mart
AZAL - Neftçi
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Rahil Ramazanov, Elman Musayev.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Gülağa Cabbarov.
"AZAL Arena". Saat 15.00.

Bakı - Qarabağ
Hakimlər: Xəlil Xəlilov, Azər Əsgərov, Mehman Mahmudov, Yaşar Abbasov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Murad Məmmədov.
"Bakı"nın təlim-məşq bazasının stadionu. Saat 15.00.

Xəzər Lənkəran - İnter
Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
“Xəzər Lənkəran” mərkəzi stadionu. Saat 17.00.

Simurq - Qəbələ
Hakimlər: Ramil Diniyev, Namiq Hüseynov, Kamran Bayramov, Munis Abdullayev.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Etibar Həsənov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Zaqatala şəhər stadionu. Saat 17.00.
Mənbə
ANS PRESS