Bakı, 12 mart, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) Bakı şəhəri və Abşeron yarımadası ərazisində radiomonitorinq işləri aparıb.
DRİ-dən AZƏRTAC-a verilən məlumata görə, radiomonitorinq RYTN ilə razılaşdırılmış qrafikə uyğun olaraq, Radiomonitorinq şöbəsinin mütəxəssisləri tərəfindən Bakı “Teleqüllə”sindən yayımlanan TV və FM proqramlarının yaratdığı elektromaqnit sahə gərginliyinin ölçülməsi məqsədilə həyata keçirilib.