Qazma məhlulunun dənizə axıdılması ilə bağlı araşdırmalar başlayıb
Bakı, 12 mart, AZƏRTAC
Xəzər dənizində bp şirkətinə aid qazma platformalarından birindəki quyuda aparılan əməliyyat işləri zamanı qazma məhlulunun dənizə axıdılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) bp tərəfindən heç bir məlumat daxil olmayıb.
ETSN-dən AZƏRTAC-a bildiriblər ki, nazirlik öz mənbələrindən əldə etdiyi məlumatlar əsasında, məsələnin yerində araşdırılması məqsədilə təcili olaraq həmin əraziyə ekspedisiya təşkil edib, araşdırma tədbirlərinə başlanılıb.
Qeyd edək ki, ETSN belə halların baş verə biləcəyini nəzərə alaraq hələ 2002-2003-cü illərdən bp-yə və Azərbaycanda qazma işləri aparan təşkilatlara kimyəvi tərkibli qazma məhlullarından dəniz şəraitində istifadəni qadağan edib və əvəzində su tərkibli məhlulların istifadəsinə icazə verib. Şirkətə məxsus sözügedən bu qazma qurğusunda da su tərkibli qazma məhlulundan istifadə edilir. Buna görə də əvvəlcədən ehtimal etmək olar ki, məhlulun dənizə axması ciddi ekoloji fəsadlara səbəb olmamalıdır.
Qısa zamanda araşdırmaların nəticələri məlum olacaq və əgər sözügedən ərazidə ətraf mühitə ziyan dəyməsi faktı müəyyən olunarsa, ziyanın həcmi hesablanacaq və qanuna müvafiq tədbirlər görüləcək. Bununla bağlı ictimaiyyətə məlumat veriləcək.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08