Bakı, 12 mart, AZƏRTAC
“Azərbaycan Hava Yolları”nın uçuşlarında yaz aksiyasına start verilib. Aviaşirkətdən AZƏRTAC-a bildiriblər ki, bəhs olunan aksiya çərçivəsində uçuşlar aprelin 1-dən mayın 5-nə, bilet satışları isə martın 15-dən aprelin 15-nə kimi davam edəcək. Aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir. Bu siniflər üzrə mile-ballar hesaba əlavə olunmur. Maksimal qalma müddəti bir aydır.
Ətraflı məlumatı şirkətin http://www.azal.az saytından əldə etmək olar, aviabiletlərin bronlaşdırılması üçün Çağırış Mərkəzinə müraciət etmək olar +(99412) 598-88-80
*8880.