Türkiyə Baş nazirinin böyük müşaviri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olub
Bakı, 12 mart, AZƏRTAC
Martın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Türkiyə Baş nazirinin böyük müşaviri professor Hacı Bəkir Karlığanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə sədr Mübariz Qurbanlı bu yaxınlarda Türkiyəyə etdiyi səfərdən danışıb. Qeyd edib ki, Türkiyənin türk-müsəlman dövləti olaraq Sivilizasiyalar Alyansının yaradılmasında və fəaliyyətində böyük rolu var. Qloballaşan dünyada isə sivilizasiyaların anlaşması və dialoqu olduqca mühüm məsələdir.
Hacı Bəkir Karlığa deyib ki, Türkiyə və Azərbaycan qardaş ölkələrdir və hər iki ölkənin kədəri də, sevinci də eynidir. Qonaq BMT Sivilizasiyalar Alyansının 2016-cı ildə Bakıda keçirilməsi nəzərdə tutulan VII Qlobal Forumu ilə bağlı fikirlərini bölüşüb. Qeyd edib ki, ölkələrimiz arasında bilik və təcrübə mübadiləsi ümumi işimizə böyük fayda verəcək. Tolerantlıq baxımından bütün dünyaya nümunə olan və multikulturalizmin dövlət səviyyəsinə qaldırıldığı Azərbaycanın belə bir Foruma ev sahibliyi etməsi çox vacibdir. Bu cür forumların keçirilməsi sahəsində Azərbaycan böyük təcrübəyə malikdir.
Sonra Foruma hazırlıq çərçivəsində görüləcək işlər, 127 ölkənin iştirak edəcəyi tədbirdə Azərbaycanın yüksək səviyyədə təqdimatı, komitənin bu sahədə görə biləcəyi işlər ərtafında fikir mübadiləsi aparılıb.
Görüşdə türk və İslam dünyasının dünya elminə və mədəniyyətinə mühüm töhfələr verməsi, dünya mədəniyyət tarixində böyük rolu olması kimi vacib məsələlərin yüksək səviyyəli tədbirlər vasitəsilə dünya ictimaiyyətinə çatdırılmasının zəruriliyi vurğulanıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04