Mərkəzi Bankdan banklara dəstək
ANS PRESS-in məlumatına görə, bunu iqtisadçı Samir Əliyev deyib. Mütəxəssis qeyd edib ki, yeni dəyişikliyə əsasən, 2015-ci il fevralın 23-dək restrukturizasiya olunmuş aktivlər standart aktivlər kimi, 2015-ci il fevralın 23-dən restrukturizasiya olunmuş aktivlər isə qənaətbəxş aktivlər kimi təsnifləşdirilə bilməz.
"Bəs, bu addımın banklara faydası nədir? Məsələ ondadır, əvvəlki qaydaya görə, restrukturizasiya olunmuş aktivlər standart hesab oluna bilməzdi. Bu o demək idi ki, həmin aktivlər bir başa qeyri-standart, daha doğrusu qeyri-qənaətbəxş aktiv hesab edilməli və buna görə də bank tərəfindən 30% ehtiyat ayrılmalı idi.
Yeni dəyişiklik nəticəsində restrukturizasiya olunmuş aktivlər standart hesab olunacaq, ancaq nəzarət altında olan aktivlər kimi nəzərə alınacaq. Buna görə, bank tərəfindən yaradılan ehtiyatın həcmi 6 dəfə az - 5% olacaq. Deməli, banklar fevralın 23-dən sonra restrukturizasiya olunmuş aktivlərə görə 30% yox, 5% ayıracaq. Bu isə banklara dəyən zərərin azaldılması, bankların kapitalının “əriməsinin” qarşısını alacaq".
İqtisadçının sözlərinə görə, qaydaya əsasən, bank aktivləri standart və qeyri-standart aktivlərdən ibarətdir: "Standart aktivlər – qənaətbəxş və nəzarət altında olan aktivlərə bölünür. Qeyri-standart aktivlər isə qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivlərdən ibarətdir. Aktivlərin vəziyyəti pisləşdikcə bank tərəfindən ayrılan ehtiyatların həcmi də artır. Qənaətbəxş aktivlərdə ehtiyat ayırmalar 1%, ümidsiz aktivlərdə isə 100%-dir. Bu ayırmalar bankların likvidliyinə mənfi təsir edirdi".
Qeyd edək ki, restrukturizasiya olunmuş aktiv - iqtisadi və (və ya) hüquqi şəraitin dəyişməsi, habelə borclunun maliyyə çətinliyi yaranması səbəbindən borc öhdəliyinin icrasını təmin etmək məqsədi ilə müqavilə şərtləri dəyişdirilmiş və ya yeni öhdəlik kimi rəsmiləşdirilmiş borc öhdəliyidir. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33