Apreldə Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçiriləcək.
AMEA-dan Lent.az-a verilən məlumata görə, AMEA Rəyasət Heyətinin bugünkü iclasında Ümumi yığıncağın gündəliyi təsdiq edilib. Gündəlikdə akademiyanın 2014-cü ildəki fəaliyyəti haqqında hesabat, AMEA-nın vitse-prezidenti vəzifəsinə və AMEA-nın bir sıra bölmələrinin akademik-katibi vəzifəsinə seçkilərin keçirilməsi və s. məsələlər yer alıb.
Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın adlı mükafatlarının təqdimatı da gündəliyə daxil olan məsələlərdəndir. Rəyasət Heyətinin qərarı ilə Ümumi yığıncağın müzakirəsinə çıxarılacaq məsələlərə aid materialların hazırlanması AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevə tapşırılıb. Bu və ya digər qərarların icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevə həvalə edilib.