AZƏRTAC-ın fəxri adlara layiq görülən əməkdaşları və fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 12 mart, AZƏRTAC
Martın 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, ziyalıların və KİV nümayəndələrinin iştirak etdikləri tədbir dövlət himninin səslənməsi ilə başlanıb.
Tədbirdə xalqımızın minillik tarixi keçmişindən bu günümüzə qədər davam edən Novruz bayramının müqəddəs dəyərlərindən və bayram münasibətilə təşkil olunmuş müsabiqənin əhəmiyyətindən söz açılıb.
Mərasimdə Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC-ın fəaliyyəti yüksək qiymətləndirilib, agentliyin 95 illik yubileyi ölkə həyatının mühüm hadisəsi kimi dəyərləndirilib. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə AZƏRTAC-ın bir qrup əməkdaşı fəxri adlara layiq görülüb.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək bildirib ki, fərdi jurnalist yazıları müsabiqəsinin keçirilməsi və qalib jurnalistlərin təntənəli mərasimlərdə mükafatlandırılması artıq Azərbaycanda ənənə halı alıb. Azərbaycan dövlətinin mətbuata qayğısı ildən-ilə daha təkmilləşdirilmiş formada davam edir. Bu sahədə qəbul etdiyimiz konsepsiyaya uyğun olaraq KİVDF hər il jurnalistlərin bu və ya digər problemlərini öz üzərinə götürərək onların sosial rifah halını daha da yaxşılaşdırmağa çalışır. Biz Fondun təşkil etdiyi tədbirlər vasitəsilə ildə bir neçə dəfə jurnalistlərlə görüş keçiririk.
Əli Həsənov bildirib ki, ictimai müzakirələr məhz qanunların müzakirəsinə mətbuat, siyasi partiya və ictimai təşkilatların nümayəndələrini dəvət etməklə, icra qurumları yanında ictimai qurumlar yaratmaqla və belə tədbirlər təşkil etməklə mümkün olur: “Biz belə tədbirlərdə medianın vəziyyətini, yaradıcılıq və digər sahələrdəki problemlərini, medianın təşəbbüslərini müzakirə edirik. Azərbaycanda azad media mühiti, azad internet var. Hər bir jurnalist senzuraya məruz qalmadan materiallar, məlumatlar toplayır və ictimai müzakirəyə çıxarır. Yazısına görə təqib edilən jurnalist yoxdur. Təəssüf ki, müəyyən maraqlardan çıxış edən bəzi beynəlxalq təşkilatlar azad media mühitinin olmaması və digər bəhanələrlə müxtəlif beynəlxalq mətbuat orqanlarında çıxış edirlər. Bunlar hamısı uydurmadır. Azərbaycandakı plüralizm mühiti dünyanın heç bir ölkəsindən geri qalmır. Biz bu sahədə tək postsovet yox, aparıcı Qərb ölkələrinin media mühiti ilə yarışmağa hazırıq”.
Sonda Əli Həsənov AZƏRTAC-ın 95 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə agentliyin fəxri adlara layiq görülmüş əməkdaşlarına mükafatları təqdim edib.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli media nümayəndələrini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
Bildirilib ki, müsabiqəyə 54 kütləvi informasiya vasitəsindən 120 yazı təqdim edilib. Bu yazılar ekspertlər tərəfindən qiymətləndirilib və Fondun Müşahidə Şurasının qərarı ilə 84 jurnalist qalib elan olunub.
Sonra qaliblər mükafatlandırılıb. Mükafat alanlar sırasında AZƏRTAC-ın əməkdaşları da var.
Tədbir Novruz bayramına həsr olunan musiqili proqramla davam edib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33