Bakı, 12 mart, AZƏRTAC
Martın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələləri diqqətə çatdırıb.
Sonra AMEA-nın müxbir üzvü Geylani Pənahov “Karbohidrogenlərin çıxarılması və nəqli üçün innovativ texnologiyalar” mövzusunda məruzə ilə çıxış edib.
İclasda bir sıra elmi-təşkilati məsələlərə də baxılıb.