"Mərkəzi Bank 26 fevral 2015-ci il tarixli qərarla banklar üçün depozitlər üzrə məcburi ehtiyat normasını 4 dəfə azaldıb".

ANS PRESS-in məlumatına görə, bunu iqtisadçı Samir Əliyev deyib. Mütəxəssis bildirib ki, “Məcburi ehtiyat normasının hesablanması və formalaşdırılması qaydaları”na edilmiş dəyişikliyə əsasən, məcburi ehtiyat norması 2%-dən 0,5%-ə salınıb:

"Bundan sonra banklar həm əhalidən, həm hüquqi şəxslərdən, həm beynəlxalq təşkilatlardan cəlb etdikləri depozitlərin 0,5%-ni ehtiyata yönəldəcəklər. Bu addım banklara təxminən 200 milyon manatdan çox likvidlik verəcək. Həmin vəsaitlər banklara kredit qoyuluşunu artırmaq üçün əlavə imkan verir".

İqtisadçı hesab edir ki, Mərkəzi Bankın bu addımı həmçinin kredit faizlərinin, xüsusən də manatla olan kreditlərin faiz dərəcələrinin artmasına bir müddət imkan verməmək məqsədi daşıyır.
Mənbə
ANS PRESS