Müğənni Əlikram Bayramov həmkarlarına səslənib.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, sənətçi “Hər şey daxil” verilişində efirdə ailə məsələlərini müzakirəyə qoyanları tənqid edib:
 
“Bu gün efirlərimizdə ailə mövzuları çox müzakirə olunur. Çıxırlar, verilişdə camaata məsləhət verir, ittiham edirlər. Ayrılmaları müzakirəyə qoyurlar. Gedib öyrənirsən ki, öz ailələri nə gündədir, ayrılıb. Sənət dostlarıma müraciət edirəm, diqqətli olun: kiməsə ailə məsləhəti verəndə, əvvəlcə özünüzə baxın. Görün sizin ailəniz nə haldadır? Ailə müqəddəsdir. Evlənirsən, əvvəlcə həyat yoldaşını sevirsən, sonra o istək övlada keçir”.

Milli.Az