Müğənni Əlikram Bayramov həmkarlarına səslənib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Hər şey daxil” verilişində efirdə ailə məsələlərini müzakirə edənlərə münasibət bildirib:

“Bu gün efirlərimizdə ailə mövzuları çox müzakirə olunur. Çıxırlar verilişdə camaata məsləhət verir, ittiham edirlər. Ayrılmaları müzakirəyə qoyurlar. Gedib öyrənirsən ki, öz ailələri nə gündədi, ayrılıb. Sənət dostlarıma müraciət edirəm, diqqətli olun: kiməsə ailə məsləhəti verəndə, əvvəlcə özünüzə baxın. Görün sizin ailəniz nə haldadır? Ailə müqəddəsdir. Evlənirsən, əvvəlcə həyat yoldaşını sevirsən, sonra o istək övlada keçir”.