Rəhman Rəhmanov 29 aprel 1957-ci ildə Bakı şəhərində anadan olub. 8 saylı musiqi məktəbində oxuyub. 1978-1983-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində təhsil alıb. Televiziyanın yumor verilişlərindən tamaşaçılara yaxşı tanış olan aktyor 1974-cü ildən həyatını A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında çalışır. Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə Əməkdar artisti fəxri adına layiq görülmüşdür, Prezident mükafatçısıdır.

“Sənətkar” medallı aktrisa Tamilla Faiq qızı Bunyatova isə 8 fevral 1950-ci ildə Bakı şəhərində doğulub. 1973-1978-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsində təhsil alıb. 1976-cı ildən A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında çalışan aktrisa bir sıra Beynəlxalq Teatr festivallarında iştirak etmiş və xarici ölkələrdə qastrol səfərlərində olmuşdur. Teatrda qoyulan tamaşalarda əksər baş rolların ifaçısı olan T. Bünyatova bundan əvvəl "Ən yaxşı qadın rolu"na görə də mükafata layiq görülüb.

Mənbə
ANS PRESS