Bakı, 12 mart, AZƏRTAC
Estoniyanın paytaxtı Tallində gənclər arasında fiqurlu konkisürmə üzrə dünya çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Larri Loupolover 45,92 xal toplayaraq mundialı 33-cü pillədə başa vurub.
Çempionatın qalibi adını yaponiyalı Uno Şoma qazanıb.