Sakinlər yazırlar ki, bir il əvvəl Qaçaq Nəbi küçəsində, Xətai rayon 34-cü polis bölməsinin arxasında yerləşən parkın çox köhnə və təmir baxımdan pis vəziyyətdə olması barədə Milli.Az-a şikayət məktubu yazmışdılar. Həmin vaxt Xətai Rayon İcra Hakimiyyətindən bildirilmişdi ki, 2014-cü ilin ikinci yarısında parkda əsaslı təmir aparılacaq. Həmin vaxtdan bir il ötsə də, problem necə varsa, elə də qalır, hətta daha da pisləşib.Bakı şəhərində sakinlər icra hakimiyyətinin bir il əvvəl verdiyi sözə əməl edəcəyi günü gözləyirlər. Xətai rayonu, Əhmədli qəsəbəsinin sakinlərinin normal park arzuları üçün verilən sözün icrasını gözləməkdən başqa çarələri yoxdur.
Yenə hər gün çox sayda uşaqlar, qocalar və gənc ailələr körpələri ilə birlikdə həmin parka istirahət üçün yollanırlar. Lakin parkın bərbad olması oraya üz tutan insanların istirahətini yarımçıq kəsir.
Məsələ ilə bağlı yenidən Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb parkın təmir olunmamasının səbəbini bilmək istədik. Lakin bu dəfə telefon zəngləri cavabsız qaldı.
Gülər
Milli.Az















