Qazax, 12 mart, AZƏRTAC
Qazax rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən ticarət və iaşə xidmətləri göstərən sahibkarlıq obyektlərində mütəmadi olaraq sanitariya müayinələri aparılır.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, cari ilin yanvar-fevral aylarında aparılan sanitar müayinələr zamanı 5 sahibkara xəbərdarlıq edilib, 3 sahibkar cərimələnib, 2 sahibkarlıq obyektinin fəaliyyəti isə müvəqqəti olaraq dayandırılıb.