İndoneziyanın Yava adasında yaşayan qadın evini qeyri-adi şərtlə satışa çıxarıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 40 yaşlı Vina Lia müştəriyə onunla evlənməyi şərt qoyub. İki uşaq anası olan qadın 75 min dollara satdığı mənzili haqda elana öz şəklini də əlavə edib. O, fikrinin ciddi olduğunu və heç bir güzəştə getməyəcəyini deyib.

Bu elandan sonra rekord həddə alıcısı çıxan Vina polis tərəfindən dindirilib. V.Lia ifadəsi zamanı günahı evini satışa çıxaran əmlak şirkətinin üzərinə atıb. O, bu fikrin özünə məxsus olmadığını deyib:

“İdeya əmlak şirkətinindir. Məndən “Dulsan” deyə soruşdular, mən də “Hə” dedim. Söylədilər ki, evi almaq istəyən dul olsa, ona ərə gedərsən? Bu, ağlıma batdı və razılaşdım”.