Qeyd edək ki, “O olmasın, bu olsun” tamaşasının quruluşçu-rejissoru Azərbaycan Respublikasının xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimovadır. Tamaşada milyonların sevimli gülüş ustası, xalq artisti, “Şöhrət” ordenli Afaq Bəşirqızı, əməkdar artistlər Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları çıxış edirlər.