Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 78 yaşlı qoca rəssam Rembrandtın tablolarını yaxından görmək istəyib. Xeyriyyə qurumlarından biri onun arzusunu reallaşdıraraq qocanı Amsterdam muzeyinə aparıb.
Uzun müddət rəssamın tablolarına baxan ALS xəstəsinin diləyini gerçəkləşdirən qurum rəhbəri Kiiz Veldboer bu günədək 6 min nəfərin bu cür arzusunu həyata keçirdiyini deyib.