Pakistan bizə söz verdi
İlham Əliyev çıxış edərək bildirib ki, bu gün ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsini təmin edəcək mühüm sənədlər imzalanacaq: "Bizim aramızda çox yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Bu əməkdaşlığın əsasını xalqlarımız arasında qardaşlıq əlaqələri təşkil edir. Sizin səfəriniz siyasi, iqtisadi, mədəniyyət, elm, texnologiya, müdafiə sənayesi sahələrində tərəfdaşlığımızın gücləndirilməsində mühüm addım olacaq. Biz bütün sahələrdə ölkələrimiz arasında daha geniş əməkdaşlığın olmasını istəyirik.
Əlbəttə ki, biz Sizin Azərbaycanın mövqeyini beynəlxalq təsisatlarda dəstəkləməyinizi yüksək qiymətləndiririk. Biz bütün beynəlxalq təsisatlarda Pakistanı dəstəkləyirik. Bu, bizim səmimi əməkdaşlığımızın və əlaqələrimizin yaxşı nümunəsidir.
Dəvətimi qəbul edib Azərbaycana səfərə gəldiyinizə görə Sizə olduqca minnətdaram. Bilirəm ki, Sizi böyük nümayəndə heyəti müşayiət edir. Ümidvaram ki, müvafiq hökumət rəsmilərinin də bir-biri ilə danışıqlar aparmağa və birgə gələcək fəaliyyəti planlaşdırmağa vaxtı olacaq. Əminəm ki, yaxşı nəticələr əldə etmək üçün səfəriniz nəticəsində bizi birləşdirən bütün sahələrdə konkret planımız olmalıdır və sonra onlar bizim təlimatlarımızı necə yerinə yetirdikləri barədə bizə məruzə edəcəklər".
Pakistan prezidenti Məmnun Hüseyn isə çıxışı zamanı bildirib ki, Cəmmu və Kəşmir məsələsi kimi mövzularda bizi daim dəstəkləyirsiniz və prinsipial mövzulara gəldikdə, onların əvvəlki illərdə qəbul edilmiş BMT qətnamələrinə uyğun olaraq həll edilməsini hər zaman dəstəkləmisiniz.
Habelə əmin edirik ki, biz Dağlıq Qarabağ məsələsində Sizi dəstəkləyirik və bunu gələcəkdə də, inşallah, davam edəcəyik. Bəzi “qonşular” tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş bir sıra zorakılıqları pisləyirik. Xocalı qətliamını qətiyyətlə pisləyirik. Sizi əmin edirəm ki, hər bir çətin və ya yaxşı məsələnizdə sizinlə birlikdəyik. İndi müsəlman dünyası bilməlidir ki, bir-birimizə kömək edərək, bəlli sahələrdə bir-birimizin təcrübəsindən istifadə edərək daha güclü olmalıyıq". Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33