[ 11 Mart 2015 23:35 ]



Bakı-APA. Nigeriya, Çad, Kamerun və Niger hərbçilərinin birgə əməliyyatı nəticəsində Nigeriyada 36 yaşayış məntəqəsi “Boko Haram” silahlılarından azad edilib

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Nigeriya təhlükəsizlik xidmətindən bildirib.

 

Məlum olduğu kimi, bu ildən qonşu Çad, Kamerun və Niger “Boko Haram” terror təşkilatı ilə mübarizə üçün Nigeriyaya qoşulublar.

 

Xatırladaq ki, 2009-cu ildən etibarən “Boko Haram” terrorçu təşkilatı Nigeriyada 13 min insanın ölümünə səbəb olub. 1,5 milyon insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.