Türkiyədə böyük səs-küyə səbəb olan öldürülən Özgecan Aslanla bağlı "tweet" yazan məşhur müğənni Nihat Doğan prokurorluğa çağırılıb.Müğənni barəsində ibtidai istintaq başlanılıb
Milli.Az anspress-ə istinadən xəbər verir ki, cəsədi yandırılan Özgecan Aslanın ölümündən sonra Nihat Doğanın "Twitter"də belə şərh yazmışdı: "Siz də soyunub, mini yubka geyinsəniz, dünyəvi sistemin əxlaqsızlaşdırdığı şəxslər tərəfindən təcavüzə məruz qalsanız, onda bağırmaq lazim deyil".
Bu sözlərində cinayət elementi axtaran prokurorluq Doğan haqqında ibtidai istintaqa başlayıb.
Müğənninin yaxın günlərdə ifadə vermək üçün prokurorluğa çağrılacağı gözlənilir.
Milli.Az