ABŞ-ın Renkin şəhəri (Texas ştatı) yaxınlığında neft buruqlarının birində baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident “Parsley Energy” şirkətinə məxsus buruqda baş verib.

 

Hadisənin təfərrüatları və partlayışın səbəbləri hələlik açıqlanmır.