Bakı, 11 mart, AZƏRTAC 
ABŞ-ın Corctaun Universitetinin imamı Yəhya Hendi Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində olub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, fakültənin dekanı, professor Zeynal Həsənalıyev BDU ilə ABŞ universitetləri arasında əməkdaşlıqdan söz açıb, fakültə barədə qonağa ətraflı məlumat verib.
Fakültənin müəllim və tələbələrinin iştirakı ilə davam edən görüşdə qonaq Amerikada din, İslamda qadına münasibət mövzusunda fikirlər səsləndirib, tələbələrlə fikir mübadiləsi aparıb.
Qeyd edək ki, imam Y.Hendinin Corctaun Universitetində apardığı “Dinlərarası görüş” mövzusunda mühazirələri konfliktoloqlar arasında çox məşhurdur. ABŞ, Asiya, Afrika və Avropanın müxtəlif ölkələrində dinlərarası dialoq mövzusunda mühazirələr oxuyan görkəmli din xadiminin İslamda qadın və gender əlaqələri, İsanın ikinci gəlişi, ABŞ-da din və İslam mövzularında çoxlu sayda tədqiqat işləri vardır.