Bəşir Səfəroğlunun anadan olmasının 90 illiyi qeyd edilir.

44 yaşında dünyasını dəyişən Bəşir Səfəroğlu səhnədən doymadı. Elə bu səbəbdən də bu gün onun məzarına aparan bu qırmızı xalı da, baş daşını bəzəyən ağ atlas da səhnədəki pərdələri xatırladır.

Bəşəir Səfəroğlunun adını yaşadan qızı Afaq xanım hesab edir ki, bəlkə də atası yaşasaydı bugünkü qədər mükafatlara layiq görülməzdi:

"Atam ölmündən sonra “Şəxsiyyət” mükafatını qazanıb. 46 ildir belə bir aktyor həyata gəlməyib".

Mərhum aktyorun məzarı ətrafında toplaşanlar arasında Afaq xanımın nəvəsi balaca Bəşir də vardı. Eyni zamanda mədəniyyət və incəsənət xadimlərinin də iştirak etdikləri anım mərasiminə Tacik filmin kollektivi də qatılmışdı.

Tacikistanın xalq artisti Seyram İsayeva da Tacik filmdə vaxtilə çəkilən bu dahi aktyorun xatirəsini yad etməyə gəlmişdi. O qeyd etdi ki, Bəşir Səfəroğlu yaxşı aktyor olduğu qədər də xeyirxah insan idi. O bugün aktyorun davamçısı - qızı Afaq Bəşirqızı ilə də tanış olub.

Aktyorun son işi elə Taciklərin komediya janrında çəkdikləri “Xoca Nəsrəddinin 12-ci qəbri” filmində olur. Bəşir Səfəroğlu bu filmə 250 aktyorun arasından seçilib çəkilir. 1967-ci ildə çəkilən ekran işi bir müddət Moskva Film Fondunda saxlanılır. Atasının ölümündən uzun illər sonra Xalq artisti Afaq Bəşirqızının təşəbbüsü ilə film Azərbaycana gətirilir.

Mənbə
ANS TV: Çinarə Vaqif