Azərbaycan “Milan Expo 2015” beynəlxalq sərgisində təmsil olunacaq
Bakı, 11 mart, AZƏRTAC
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev martın 11-də Heydər Əliyev Mərkəzinin dəvəti ilə Azərbaycanda səfərdə olan Beynəlxalq “Milan Expo 2015” sərgisinin İtaliya pavilyonunun nümayəndələri ilə görüşüb.
Qeyd edək ki, Azərbaycan Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə “Milan Expo 2015” sərgisində təmsil olunacaq.
AZƏRTAC xəbər verir ki, görüşdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, “Milan Expo 2015” sərgisində ölkəmiz “Azərbaycan: Biomüxtəlifliyin xəzinəsi” adlı pavilyon ilə təmsil olunacaq. Ə.Qarayev qeyd edib ki, hazırlıq işləri başa çatmaqda olan Azərbaycan pavilyonu ölkənin tarixi və mədəni irsini, zəngin enerji potensialını, ekologiyasını və s. əks etdirəcək.
Nazir qonaqlara ölkəmizdə cərəyan edən mədəni proseslər, keçirilən beynəlxalq festivallar, konfranslar, forumlar, sərgilər haqqında ətraflı məlumat verib.
İtaliyanın “Milan Expo 2015” pavilyonunun nümayəndələri səmimi qəbula görə Ə.Qarayevə təşəkkür edərək vurğulayıblar ki, ölkəmiz sürətlə inkişaf edir və günbəgün dəyişir. Onlar Azərbaycan pavilyonunun sərgidə uğur qazanacağına əmin olduqlarını bildiriblər.
Xəbər verdiyimiz kimi, “Milan Expo 2015” sərgisi mayın 1-dən oktyabrın 31-dək keçiriləcək. Beynəlxalq sərgi sağlam həyat tərzini təbliğ etmək, ətraf mühitin mühafizəsinə çağırış məqsədi daşıyır.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47