Müğənni Alişan model Çağla Şikellə aparıcılıq etdiyi "Hər şey daxil" verilişində maraqlı etiraf edib.

Axşam.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, o, bir dəfə məsciddə olarkən ayaqqabıların oğurlandığını bildirib:

"Təxmini 15 il əvvəl dostumun atası rəhmətə getdiyi üçün məscidə getdik. Namaz qılmaq üçün ayaqqabılarımı çıxarmışdım. Qayıdanda gördüm ki, ayaqqabılarım yoxdur. İstanbulda belə bir hadisəyə çox təəcüblənmişdim. Ayaqqabısız qalmışdım. Heç olmasa ümid edirəm ki, ehtiyacı olan biri götürüb".

O, daha sonra zarafatla bunları əlavə edib:

"Kredit kartıynan almışdım, 15 aylıq... Borcumu heç ödəyib qurtarmamışdım".