Bakı, 11 mart, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarına nəzarət tədbirləri paytaxt Bakı ilə yanaşı, regionlarda da davam etdirilir.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, Dövlət Xidməti tərəfindən Sumqayıt şəhəri, Koroğlu küçəsində D.İsmayılova məxsus “Elmar” marketdə, eləcə də Zaqatala şəhəri, F.Əmirov küçəsində “Siqma LTD” MMC-yə məxsus “Gross” marketdə aparılan yoxlamalar zamanı malların nəzarət kassa aparatının yaddaşında olan qiymətlərinin yarlıqdakı qiymətlərdən artıq olmaqla, istehlakçıların aldadıldığı aşkarlanıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülüb.