[ 11 Mart 2015 18:59 ]


"ABŞ Dağlıq Qarabağın müstəqilliyini tanımır"

Bakı. Məlahət Nəcəfova - APA. Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər” davam edən sülh danışıqlarının gedişinə təsir göstərmir.

 

Bu barədə separatçı Dağlıq Qarabağ rejimi tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində mayın 3-nə qondarma “parlament seçkiləri”nin təyin edilməsi ilə bağlı APA-nın sorğusuna cavabında ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən bildirilib.

 

Mətbuat xidmətindən qeyd ediblər ki, Birləşmiş Ştatlar Dağlıq Qarabağın müstəqilliyini tanımır: “Dağlıq Qarabağın hüquqi statusu beynəlxalq vasitəçiliyin mövzusu olaraq qalır. Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunun həmsədri kimi davamlı və sülh yolu ilə həllə nail olmaq sahəsində tərəflərlə işləmək fikrinə sadiqdir”.