Azərbaycan, Bakı, 11 mart /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Eldar İbrahimovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Eldar Rza oğlu İbrahimov “Şərəf” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, E.İbrahimov Milli Məclisin Aqrar siyasət komitəsinin sədridir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az