Qafqaz Müsəlmanları İdarəsində Corctaun Universitetinin imamı ilə görüş olub
Bakı, 11 mart, Salehə Əliyeva, AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsində “Amerika günləri” festivalı çərçivəsində ölkəmizdə səfərdə olan ABŞ-ın Corctaun Universitetinin imamı Yəhya Hendi və onu müşayiət edən şəxslər ilə görüş olub.
AZƏRTAC xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə qonaqları səmimi salamlayıb. O, qədim dövrlərdən tolerantlığı və dini dözümlülüyü ilə seçilən bir ölkədə dinin vəziyyəti barədə məlumat verərək bildirib ki, burada ksenofobiya və dini zəmində münaqişələr tarixən olmayıb, bir çox konfessiyaların nümayəndələri dinc yanaşı yaşayır.
Qonağa ölkəmizin ən ağrılı problemi - Dağlıq Qarabağ münaqişəsi, erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğalı zamanı törətdikləri vəhşiliklər, xalqımıza dəyən maddi və mənəvi ziyan barədə məlumat verilib.
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta səmimi qəbula görə minnətdarlığını bildirib.
R.Sekuta deyib: “Azərbaycanın ağrı-acısı, xüsusən, Xocalı faciəsinə bənzər hadisələr məni çox kədərləndirir. Mən bunları diqqətlə öyrənməliyəm. Bu, mənim üçün çox vacibdir. Tarixi abidələr bir çox ölkələrdə məhv edilib. Biz bu problemlərin həlli yollarını birlikdə axtarmalıyıq”.
Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etməsi, ölkədə dinlərin vəziyyəti belə deməyə imkan verir ki, böyüməkdə olan nəslin tərbiyəsində dini dəyərlər heç də az rol oynamır.
Corctaun Universitetinin imamı Yəhya Hendi deyib ki, artıq ikinci dəfədir ölkəmizə gəlir və özünü dostlar arasında hiss edir.
Qonaq Azərbaycan xalqının qonaqpərvərliyini vurğulayaraq deyib: “Sizin problemləriniz bizi kədərləndirir. Dua edirəm ki, bu münaqişə tezliklə sülh yolu ilə həll edilsin”.
Bildirib ki, din xadimləri münaqişələrin sülh yolu ilə həllinə töhfə verməlidirlər. Y.Hendi sonda deyib: “Əminəm ki, siz tezliklə öz torpaqlarınızı geri qaytaracaq və bizi Qarabağa dəvət edəcəksiniz”.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33