Yevlax ve Balaken mektebleri arasinda “Qardaslasma haqqinda” sazis imzalanib
Yevlax, 11 mart, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun həyata keçirdiyi “İlboyu bilik” proqramının “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində martın 11-də Balakən şəhər humanitar və texniki təmayüllü liseyin şagirdləri Yevlax şəhərinə səfər ediblər.
AZƏRTAC xəbər verir ki, balakənli məktəblilər şəhərin mərkəzi meydanında Yevlax şəhər 5 nömrəli tam orta məktəbin şagirdləri və rayon ziyalıları tərəfindən mehribanlıqla qarşılanıblar.
Məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Sonra B.Səfəroğlu adına Xalq Teatrına gələn məktəblilər “Tariximiz – qan yaddaşımız” mövzusunda əl işlərindən ibarət sərgiyə, Yevlax şəhər 10 nömrəli və Əkşəm kənd orta məktəblərinin şagirdlərinin hazırladıqları kompozisiya baxıblar.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov çıxış edərək, qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verib. Bildirilib ki, “Qardaşlaşmış məktəblər” layihəsi gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsində, onların dünyagörüşünün inkişafında və intellektual səviyyələrinin formalaşmasında, müxtəlif bölgələrdən olan məktəblilər arasında “bilik körpüsü”nün yaradılmasında mühüm rol oynayır. Qeyd olunub ki, aprel ayında Yevlax məktəblilərinin Balakənə səfəri təşkil ediləcək.
Daha sonra Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının binasında “Qardaşlaşma haqqında” sazişin müddəaları müzakirə olunub, əlavə və dəyişikliklərdən sonra sənəd imzalanıb.
Məktəblilər Yevlaxdakı Heydər Əliyev Mərkəzini ziyarət edib, tarix diyarşünaslıq muzeyində, rayonun görməli yerlərində olublar.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28