Bakı, 11 mart, AZƏRTAC
Martın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda Bakı Avropa Liseyinin şagirdləri üçün “Açıq qapı” günü keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirin keçirilməsinin məqsədi şagirdlərdə kimya elminə marağı artırmaqdır.
Tədbir çərçivəsində “Ağıllı-smart polimerlər” mövzusunda məruzə dinləniləcək. Şagirdlərə əyləncəli kimya təcrübələri göstəriləcək, kimya fənnindən viktorina keçiriləcək və qaliblər mükafatlandırılacaqlar.