İsmayıllıda tibbi-sosial ekspert komissiyaları və səhiyyə müəssisələrinin birgə zona müşavirəsi keçirilib
İsmayıllı, 11 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) martın 11-də İsmayıllıda tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin elektron-informasiya sisteminin tətbiqi ilə əlaqədar əlillik müayinəsi üçün göndəriş formalarının düzgün və müasir tələblərə uyğun tərtibi məsələlərinə həsr olunan zona müşavirəsi keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Ağsu, Qobustan, Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarının Tibbi-Sosial Ekspert komissiyaları (TSEK), səhiyyə müəssisələrinin məsul şəxsləri və əməkdaşları iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov müşavirədə nazirlik tərəfindən tibbi-sosial ekspertiza və reabilitasiya xidmətində elektron-informasiya sisteminin tətbiq olunmasının əlillik təyinatı prosedurunun şəffaflaşdırılmasına, bu sahədə fəaliyyət mexanizminin müasir tələblərə uyğun qurulmasına xidmət etdiyini vurğulayıb. Səhiyyə müəssisələri ilə TSEK-lər arasında əlillik müayinəsi üçün müvafiq məlumatların elektron mübadiləsinə imkan verən bu sistem vasitəsilə, eyni zamanda, elektron məlumat bazası da yaradılıb. Bu baza isə öz növbəsində aidiyyəti dövlət orqanlarına əlillik müayinələrinin nəticələri ilə bağlı müvafiq məlumatları elektron yolla əldə etməyə imkan verir.
N.Məmmədov sistemin tətbiqi ilə əlaqədar Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən TSEK-lərə göndərişlərin elektron registrinin yaradıldığını, habelə “Tibbi-sosial ekspert komissiyasına göndəriş” və “Uşaqlar üçün tibbi-sosial ekspert komissiyasına göndəriş” formalarının təsdiq edildiyini bildirib. Qeyd olunub ki, əlillik müayinələri artıq bu göndəriş formaları əsasında aparılır. Hazırda səhiyyə müəssisələri tərəfindən göndərişlərin hazırlanması və elektron informasiya sistemi vasitəsilə TSEK-lərə göndərilməsi, həmin göndərişlərdə diaqnozun, eləcə də ağırlaşma hallarının düzgün və obyektiv müəyyən olunması üçün qarşıya çıxan məsələlərin birgə araşdırılmasına ehtiyac var.
Müşavirədə bütün bu məsələlər, o cümlədən əlillik müayinəsi üçün göndəriş formalarının tərtib olunması prosedurunun təkmilləşdirilməsi, habelə müayinənin nəticələrinin müvafiq beynəlxalq təsnifat əsasında rəsmiləşdirilməsi məsələləri geniş müzakirə olunub, təkliflər irəli sürülüb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33