Ekspertlər ATƏT-in Yekun Aktının imzalanmasının 40 illiyi münasibətilə MDB ölkələrinin XİN rəhbərlərinin Birgə Bəyanatının layihəsini razılaşdıracaqlar
Minsk, 11 mart, AZƏRTAC
Martın 12-13-də Belarus paytaxtında, MDB İcraiyyə Komitəsində ATƏT-in (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı. 1 yanvar 1995-ci ilə qədər Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanıb - AZƏRTAC) Helsinki Yekun Aktının imzalanmasının 40 illiyi münasibətilə MDB ölkələrinin XİN rəhbərlərinin Birgə Bəyanatının layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun iclası olacaqdır. AZƏRTAC bu barədə Birliyin Minskdəki qərargahının mətbuat xidmətinə istinadla xəbər verir.
Belə bir sənədin hazırlanması təşəbbüsü keçən il oktyabr ayında “MDB iştirakçıları olan dövlətlərin ATƏT-də qarşılıqlı fəaliyyəti haqqında” XİN-lərarası məsləhətləşmələrin iştirakçıları tərəfindən irəli sürülüb.
Bu il yanvar ayında “2015-ci ildə MDB çərçivəsində qarşılıqlı fəaliyyət haqqında” məsləhətləşmələrdə bu təşəbbüs bəyənilib. Məsləhətləşmələrin iştirakçıları hazırda ATƏT-də sədrlik edən Qazaxıstan XİN-ə müraciətlə bəyanatın layihəsinin mətnini hazırlamağı xahiş ediblər.
Qazaxıstanın xarici siyasət idarəsi sənədin layihəsini hazırlayıb və MDB İcraiyyə Komitəsinə müraciətlə bu layihənin Birlik iştirakçıları olan dövlətlərlə razılaşdırılmasını təşkil etməyi və onu bu il aprelin 3-də keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurasının iclasının gündəliyi layihəsinə əlavə bənd kimi daxil olunmasını xahiş edib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25