Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının illik hesabat konfransı keçirilib
Bakı, 11 mart, Həsrət Mahmudova, AZƏRTAC
Martın 11-də Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) illik hesabat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə dövlət himni səsləndirilib və ARGTMŞ-in yeni loqosu təqdim olunub.
Hesabat məruzəsi ilə çıxış edən ARGTMŞ-in sədri Şahin Seyidzadə bildirib ki, Milli Şura 2014-cü ildə fəaliyyətini 3G strategiyası əsasında qurub. ARGTMŞ ötən il dünyanın və Avropanın ən böyük gənclər platformalarının idarə heyətinin iclasına ev sahibliyi edib. Eyni zamanda, təşkilat dünyanın nüfuzlu gənclər platforması olan “Dünya Gənclər Assambleyası”nın idarə heyətinin üzvü seçilib. Təşkilatın strategiyasına uyğun olaraq Milli Şura BMT-nin gənclər proqramları çərçivəsində mühüm tədbirlərdə iştirak edib və əməkdaşlıq əlaqələri qurub. Fəaliyyətinin bütün mərhələlərində ARGTMŞ dövlətin prioritetlərini dəstəkləyib, dünyanın aparıcı gənclər platformasında Azərbaycanı təmsil edib.
Ş.Seyidzadə diqqətə çatdırıb ki, 2014-cü ildə gənclər təşkilatları institutunun gücləndirilməsi istiqamətində mühüm işlər görülüb və üzv təşkilatların inkişafı üçün bir sıra tədbirlər reallaşdırılıb. ARGTMŞ sədri, həmçinin təşkilatın Dövlət Gənclər Proqramının bir sıra maddələrinin icrası və Azərbaycan Gənclər Siyasətinə dəstək verilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini də vurğulayıb.
Cari ildə təşkilatın görəcəyi işlərdən də söz açan Ş.Seyidzadə, 2015-ci ilin payızında ARGTMŞ-in Avropa Gənclər Forumunun Məclisinə ev sahibliyi edəcəyini vurğulayıb.
Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli çıxış edərək, gənclər siyasətinin əsas istiqamətlərindən danışıb. Bildirilib ki, gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, gənclərin sağlamlığının qorunması və fiziki inkişafı, gənclərin məşğulluğunun təmin edilməsi, gənc ailələrə dövlət yadımı kimi məsələlər bu gün dövlətin gənclər siyasətinin əsas mahiyyətini təşkil edir.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasından, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində görülən tədbirlərdən bəhs edib. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edərək dövlət səviyyəsində bu sahəyə göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, həyata keçirilən siyasət nəticəsində artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. Ölkə gəncləri demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, elm və digər sahələrdə parlaq nailiyyətlər qazanır, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak edirlər.
Sonra ARGTMŞ-ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Pərvin Piriyev 2015-ci ildə Milli Şura tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən və kənd yerlərində yaşayan gənclərin inkişafını nəzərdə tutan “Yerli Gənc” Proqramını təqdim edib. Bildirilib ki, proqram “Kənd təsərrüfatı ili” ilə əlaqədar olaraq kəndlərdə insan kapitalının inkişafı zərurəti nəzərə alınaraq həyata keçirilir.
Konfransda, həmçinin “Azərbaycan Könüllülük Xidməti” Proqramının ötənilki yekunları barədə hesabat məruzəsi dinlənilib, “İlin könüllüsü” mükafatları təqdim olunub.
Sonra 1995-ci ildən fəaliyyət göstərən ARGTMŞ-in 20 illik konsepsiyası nümayiş etdirilib və BMT Baş katibinin gənclər üzrə elçisi Əhməd Əhləndavinin təbrik məktubu oxunub.
ARGTMŞ-in hesabatı www.hesabat.nayora.az ünvanında yerləşdirilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33