Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir İlkin İzzət/

Gəncə şəhər sakinindən tapança və sursat götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Gəncə şəhər Baş Polis idarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Elnur Babayevdən nömrəsi oxunmayan baraban tipli tapança və 2 ədəd patron götürülüb.

Qeyd edək ki, E.Babayev əvvəllər məhkumluq həyatı yaşayıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az