Hər bir könüllüyə “Könüllülük pasportu” veriləcək
Bakı, 11 mart, AZƏRTAC
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Bakı- 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin maliyyə dəstəyi ilə I Avropa Oyunlarının keçirilməsində könüllü qismində iştirak edəcək bütün könüllülərə könüllü fəaliyyətlərinin qeydə alınması üçün Azərbaycanda ilk dəfə ATGTİ tərəfindən tətbiq olunan “Könüllülük pasportu” təqdim ediləcək.
ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, pasport gənclərimizə gələcək karyeralarını qurarkən lazım olacaq əlavə CV xarakteri daşıyır. Könüllülər göstərdikləri könüllü fəaliyyətini bu pasportda qeyd etdirməklə özlərinə ictimai fəallığı əks etdirən yeni bir CV yaratmış olacaqlar. “Könüllülük pasportu” könüllülərin aktiv fəaliyyətinin qeyd olunması, onların I Avropa Oyunları kimi digər mötəbər tədbirlərin təşkilatçısı qismində çıxış etməsi üçün zəmin yaradacaq.
“Könüllülük pasportu”nun verilməsində məqsəd könüllülərin göstərdiyi bu fəallığı qeydə almaqla onlara stimul vermək, respublikada könüllülük fəaliyyətinin qeydiyyatını aparmaqdır. Pasportlar ATGTİ tərəfindən qeydiyyata götürülür və ştamp vurularaq nömrələnir.
Pasporta könüllülük fəaliyyəti göstərən hər bir gənc sahib ola bilər. İlk pasportlar ATGTİ-nin fəaliyyətində xüsusi fəallığı ilə seçilən tələbələrə təmənnasız olaraq verilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05