[ 11 Mart 2015 14:57 ]



Bakı - APA. Martın 10-da “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən XII Respublika Universiadasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının kursantları yüksək nəticələr əldə edib.

 

APA-nın məlumatına görə, idmanın cüdo növü üzrə keçirilən yarışlarda FHN-in Akademiyasının kursantı Ülvi Sadıqzadə 81 kq çəki dərəcəsində çempion olub, Emil Hüseynli isə 100 kq çəki dərəcəsində 3-cü yerə layiq görülüb.

 

Hər iki idmançı yarışlara FHN-in İdman-sağlamlıq klubunun cüdo müəllimi Rasim Babayevin rəhbərliyi ilə qatılıb.