Anspress-in xəbərinə görə, bu barədə Avropa Mərkəzi Bankı məlumat yayıb.
Bankdan bildirilib ki, hazırda 1 funt-sterlinq – 1,40 avrodur. Bu, Böyük Britaniya turistlərinin Avropa kurort və sanatoriyalarına ziyarətlərini 15 faiz ucuzlaşdırıb.
Ekspertlərin fikrincə, funt-sterlinqin bahalaşması Yunanıstanın kredit üzrə borclarını qaytarmaq istəməməsi ilə əlaqədardır.
Hollandiyanın maliyyə naziri Ceroen Dicsselbloem bununla bağlı Afina ilə aparılan danışıqlarda irəliləyişin çox az əldə olunduğunu söyləyib.
Milli.Az