Ötən gün saat 18 radələrində Hacıqabul rayonunda dəhşətli yanğın olub.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, rayonun M.B.Nadim küçəsində ruhi xəstə Asif Kazımovun yaşadığı evdə qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Hadisə nəticəsində 1 mərtəbəli 5 otaqlı evin yanar konstruksıyaları və oradakı əşyalar yanıb.

Yanğın söndürüldükdən sonra A.Kazımovun yanmış meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS