Bakının mərkəzindəki “McDonalds”da cinayət hadisəsi baş verib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, martın 10-da Nəsimi rayonu ərazisindəki “McDonalds”da Bakı şəhər sakini Almara Hüseynovanın çantasından 2500 manatı oğurlanıb.

Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsi əməkdaşları əməliyyat keçirib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən, orada mühafizəçi işləyən Bakı şəhər sakini Vüsal Həsənov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS