Bakı, 11 mart, Nihat Budaqov, AZƏRTAC
Bu günədək Azərbaycan dünya bazarına 372 milyon ton neft ixrac edib. Həmin neftin 260 milyon tonu isə Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac neft boru kəməri vasitəsilə daşınıb.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirib.