Bakı, 11 mart, AZƏRTAC 
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Komitə sədri Hicran Hüseynova martın 16-da saat 10:45-də Qobustan rayon Gənclər Mərkəzində Qobustan, Ağsu, Şamaxı, İsmayıllı, Göyçay rayonlarından olan vətəndaşları qəbul edəcək.