"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının Liviyadakı bölməsi sufi ocaqları, məqbərələri və türbələrini darmadağın etməyə başlayıb.
Milli.Az Conflict News-a istinadən bildirir ki, İŞİD terrorçuları traktorlar və buldozerlər vasitəsilə sufi türbələrini uçurublar.
Olay Liviyanın paytaxtı Tripolinin yaxınlığında baş verib.
İŞİD İraqın şimalındakı Xorasabad şəhərində də sufi türbələrini dağıdır.
İraqın turizm və tarixi irs naziri Adel Şirşabın sözlərinə görə, İŞİD terrorçuları Mosul şəhərindən 12 km şimal-şərqdə yerləşən, 3 min il yaşı olan qədim tarixi obyektləri də dağıtmaqla məşğuldurlar.
Milli.Az











