Bakı, 11 mart, AZƏRTAC 
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov martın 17-də saat 11:00-da Xidmətin Şamaxı rayon şöbəsinin inzibati binasında (Şamaxı şəh. Şirvani küç. 69) Şamaxı, Qobustan, İsmayıllı və Ağsu rayonlarının sakinlərini qəbul edəcək.
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qəbula yazılmaq istəyən vətəndaşlar martın 16-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon bölmə və şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.