Uğurlu milli startaplarımız ölkə sərhədlərini aşır
Ölkədə azad və ucuz internet şəbəkəsinin mövcudluğu, İKT infrastrukturunun genişləndirilməsi əhalinin xaricdə informasiya-kommunikasiya texnologiyaları sahəsində baş verən yeniliklərdən, İT xidmətlərindən və eləcə də icrasına başlanılan yeni-yeni ideyalardan vaxtında xəbər tutmağa şərait yaradır. Qloballaşan dünyada informasiya bolluğuna düşən Azərbaycan insanı da inkişaf etmiş ölkələrin İKT üzrə inkişaf prosesini izləyir, yeni texnologiyanı tez bir zamanda mənimsəyir və beləliklə də bəşəriyyətin yaşam nəbzini tutmağa, iqtisadi tələbləri qarşılamağa çalışır.
İKT sahəsinin qısa zaman kəsiyində böyük gəlirlər gətirməsi, ilk vaxtlarda az vəsaitin tələb olunması, intellektual insanların öz beyin məhsullarını alıcılara təqdim edə bilməsi, üstəlik, intellekt sahiblərinin sahibkara çevrilmək imkanlarının geniş olması gəncləri İKT sektoru üzrə həm təhsil almağa, həm də fəaliyyət göstərməyə cəlb edən başlıca amillərdən biridir.
Azərbaycan hökumətinin digər sahələrdə olduğu kimi, İKT sektoru üzrə də gəncləri dəstəkləməsi, onların öz bizneslərini qurması, ideyalarının reallaşdırılması üçün informasiya və maliyyə dəstəyini göstərməsi, üstəlik, ucuz ofislərlə təmin etməsi, inkubator mərkəzləri yaratması gənclərin tez bir zamanda uğur qazanmasına səbəb olan əsas tədbirlərdən hesab edilir. Bu gün istənilən şəxs özünün İT ideyasını irəli sürə, onu reallaşdırmaq üçün dövlətdən maliyyə ala və son nəticədə gəlir götürə bilər. Bu istiqamətdə heç bir məhdudiyyət qoyulmayan gənclərə yalnız maraqlı, günün tələblərinə hesablanmış, iqtisadi göstəricilərə uyğun gələn yaxşı ideya düşünmək qalır.
Məlumat üçün bildirək ki, hazırda bir sıra Azərbaycan gənci özlərinin İT sahəsindəki ideyalarını irəli sürərək onları həyata keçirməkdədir. Ölkədə startap ideyalarının reallaşdırılması və bundan qazancın əldə olunması baxımından münbit şərait olması sektor üzrə marağı artırıb. Məhz bu marağın nəticəsidir ki, tez-tez startap günləri və müsabiqələri keçirilir.
Artıq Azərbaycanda gənclərin irəli sürdüyü startap layihələri bir neçə ildir ki, gəlir gətirməyə başlayıb. Hazırda öz ideyası ilə İKT sahəsində qazanc götürən gənclərin sayı onlarladır. Onlar, şirkətlər halına gəlmiş startaplarını daha da genişləndirmək, əlavə maliyyə cəlb etməklə yeni-yeni xidmətlərini təklif etməyə başlayıblar.
Qeyd etmək yerinə düşər ki, bu gün Azərbaycan gəncləri artıq özlərinin İT ideyaları ilə ölkə ərazisində uğur qazandıqdan sonra sərhədləri aşmaq, qonşu ölkələrdə fəaliyyət göstərmək istiqamətində işlər aparırlar. Hazırda milli startaplarımız Gürcüstan, Qırğızıstan və Türkiyədə də İT sferasında xidmət göstərmək istiqamətində layihələr işləyirlər.
Seymur Qasımbəyli
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25