Bakı, 11 mart, AZƏRTAC
Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov martın 30-da saat 11:00-da Biləsuvar Rayon Prokurorluğunun inzibati binasında Biləsuvar, Cəbrayıl, İmişli, Cəlilabad və Neftçala rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Biləsuvar şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən təmin olunacaq.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.